Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır,Cəmalın huridən yeyrək, boyun tubadan əladır!
Gözüm yüzün görər hərdəm, zəhi nazir, zəhi mənzur,Könül zülfin ilər hərdəm, əcəb aşüftə sevdadır.
Xocəstə qamətin gördüm sənin, ey sərvəri-xuban,Bəladən dil xilas olmaz, əcəb hümmətlü baladır.
Əgər cövri-cəfa qılsan, əgər mehrü vəfa qılsan,Yolundan dönməyim yoxdur ki, həq binavü danadır.
Xətai xəstənin vergil, müradın həsbətən lillah,Ki, xaki-asitanında işi daim təmənnadır.