Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir,Həm ənbiyalər üstə ulu padşahdir.
Tərif edüb sifatini, şirim, dedi xuda,Bu doğru sözə insü məlayik güvahdir.
Həm bəhrü kanü kuhi-vilayətdir ol Əli,Düşmən onun qatında qamu bərgi kahdir.
Olmaz qənim qənbərinə bəbrü əjdəha,Çün həmdəmi o şahi-cəhanın ilahdir.
Hər kim onu sevərsə Yeziddən nə fikri var,Çün qullarına xofü xətərdən pənahdir.
Ol mədəni-vilayət onun asitanıdır,Kim, eşigində insü mələk dadxahdir.
Gər bürci-ərşin üstə mələk anı sevməsə,Harut tək məqami onun qə'ri-çahdir.
Bürcündə övliyaların ol, filməsəl, tamam,Kovkəb içində nisbəti xyrşidü mahdir.
Məşhər günündə lütfün umar dəstgir ola,Miskin Xətai xəstəyə, kim, pürgünahdir.