Əya gül yüzlü, çöhrən ayə bənzər!Boyun bir sərvi-xoşbalayə bənzər!
Xədəngi-can fədadır qəmzən ey dust,Qaşın üstə qurulmuş yayə bənzər.
Cahanda bülbül olsam mən əcəbmi?Sənin yüzün güli-həmrayə bənzər!
Məlayik, hurinin gər hüsni xubdur,Yüzün andan dəxi zibayə bənzər.
Süfatın oxusa gülşəndə mütrib,Könül fəryadı cəngü nayə bənzər.
Xətai, dilbərindir huri-rizvan,Otağı cənnətül-məvayə bənzər.