Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Könül bir yarı sevdi kim, pəridir

XVI əsrin qəzəlləri
Könül bir yarı sevdi kim, pəridir,Cahan içrə gözəllər sərvəridir!
Boyu bağ içrə sərvi-nazə bənzər,Yanağı həmçü vərdi-əhmərdir.
Yüzüdür nisbəti-xurşidi-taban,Fələkdə mah onunçün Müştəridir.
Yüzü səhni-gülüstan içrə güldür,Saçının buyi müşki ənbəridir.
Kim onun vəslinə bir dəm irişsə,Cəmii mülki-aləmdən bəridir.
Saçının rəngidir, çün leylətülqədr,Cəmali-nuri-şəmsi-xavəridir.
Əzəldən anu sevdim canü dildən,Sağınmasun ki, eşqim sərsəridir.
Baxıb heyran olur Hüsnünə aləm,Xətai xəstənin ol dilbəridir.