Ey sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
Dün dedi həmdəm mənə: "kimdir sənin könlün alan?"Mən dedim: "bilməzmisən ol gözləri xunxaridir".
Nə əcəb yüz üstə ol zülfin yatursa hər zaman,Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardir.
Möhnəti-hicran əlindən ey sənəm, ğəm çəkmənəm,Dərdi-eşqin, ey pəri, hərdəm mənə ğəmxardir.
Necə tərk, etsin Xətai kuyiniznin vəsfini,Kim, şikəstə bülbülün daim yeri gülzardir.