Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Sinəmi qarşu tutaram, kuyinə ol dilbərin,Sağınuram dəmbədəm Veysi-Qərindən bu gəlür.
Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə.Aşiqi-dilxəstəni hərdəm sorur ahu gəlür.
Canımı qurban qalardım, yoluna ol dilbərin,Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür.
Ey Xətai, sən vücudin cuyini pak eylə gəl,Çünki, pak olsa ona sərçeşmədən bir su gəlür.