Ey sənəm, neyçün sənin vədən xilaf olmuş durur?Mehrin az olmuş, vəli, qəhrin kəzaf olmuş durur?
Könlümü eşqin ayıtdı, kim, xilas olmaz müdam.Aləmə ondan ki, əmri "nunü kaf" olmuş durur.
Surətin Əlhəmdurur, vəsfi-cəmalın Vəzzüha,Çün sifatın sureyi-Quranda Qaf olmuş durur.
Abi-kövsərdir dodağın, baği-cənnətdir yüzün,Kim mənə ləlin şərabi cami-saf olmuş durur.
Mən neçün hicrində vəslin ləzzətindən kam alam,Vəslin ilən hicrinin işi məsaf olmuş durur.
Ey könül, qıldın səfər, əzmi-təvəkkül pişə qıl,Kim pənah etmək bizə, həqdən kifaf olmuş durur.
Cövrü qəhrinin yolundan ey Xətai, dönməgil,Gər məqami ol pərinin kuhi-Qaf olmuş durur.