Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir,Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.
Xeyli müddətdir ki, könlüm eşğlə viranədir,Şimdi ol viranəni abad qılsan, vəqtidir.
Ey şəhi-lütfü kərəm, bir gəz, eşit fəryadimi,Bənd içindən bəndəni azad qılsan, vəqtidir.
Firqətin dövrində çəkdim möhnətü cövrü cəfa.Şimdi vəslin yoluna irşad qılsan, vəqtidir.
Çünki dərdi-eşqini olmaz nihan etmək onun,Ey Xətai, dərd ilən fəryad qılsın, vəqtidir.