Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Bir pəri heyraniyəm, bilmən məkani xandadır

XVI əsrin qəzəlləri
Bir pəri heyraniyəm, bilmən məkani xandadır?Kimsə bilməz dünyada namü nişani xandadır?
"Xubları sevmə" deyib, tən etmə, ey naseh, mana,Çünki bilməzsən məqami cavidani xandadır.
Gəldi "sübhan-əlləzi əsra beəbdeh" şəninə,Lövhi-məhfuz üstə ol hüsnin bəyani xandadır?
Dün dedim, bir busə ver, der: can verüb almaq gərək,Bu məkan içrə mətai-rayikani xandadır?
Mən dedim: yüzünü göstər, dedi: "taqət yox sana",Bu sualinə cavabi - "ləntərani" xandadır?
Ta vüsalından cüda düşdüm, həyatım qalmadı,Dünyəvü üqbadə sənsiz zindəgani xandadır?
Qanda kim, yatım cahanda uyğu gəlməz çeşmimə,Bu Xətai yatmağa, yar asitani xandadır?