Dil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.
Arıların hər çiçəkdən,Balı gərək yol əhlinin.
Keçmək gərək dörd qapıdan,Qurtulasan mürəbbidən,
Mürəbbidən, müsahibdənƏli gərək yol əhlinin.
Mən gəzərəm dərdli-dərdli,Ötər firqətli-firqətli,
Bülbül kimi ünü dadlıDili gərək yol əhlinin.
Mən gəzərəm ayıq-ayıq,Dəryalarda olur qayıq,
Bülbülləri şaha layıq,Gülü gərək yol əhlinin.
Xətayim der: – Quşaq quşan,Toz olur türaba düşən,
Budur dərvişliyə nişan;Yolu gərək yol əhlinin.