Sənsizin könlüm şəha, bir külbeyi-viranədir,Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.
Canə-can etdim yəqin, eylə əzəldən həq bilür,Canımın, canı mənim, şol dilbəri-cananədir.
Getdi ömrüm hiç dinlənmən vüsalindən anın,Şol məhi-namehribanın meyli çün hicranədir.
Hər gecə ta sübh hüsnün şəminə pərvanə tək,Cümlə aləmlər fəğanimdən tutuşub yanədir.
Ey Xətai, sən yəqin bil kim bu fani dünyada,Bivəfalərdən məhəbbət istəyən divanədir.