Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Könül şəhbazını əldən uçurdum, taqəti getdi,Düşüb pərvazə meyl etməz, sınıbdır pərrü bal, ağlar.
Mənəm o bağibani-baği-möhnət kafəti-dövran,
Yıxıb gülzari-ömrümdən necə tazə nihal, ağlar.Sirişkimlə xəyalım yadigari-ruzi-firqətdir,
Budur, vəchi ki, onu saxlaram hər mahü sal, ağlar.Əziza, qaldı həsrət həşrə tək didar didarə,
Kəsildi hər tərəfdən, yox bir ümmidi-vüsal ağlar.Demən fəryadi-zərimdə əbəs dağlara ün düşmüş,
İtirmiş gözlərim səyyadi bir türfə qəzal, ağlar.Çətindir can bədəndən cismi-tər yanından ayrılmaq,
Odur bu gündə düşdükcə, Vidadi xəstəhal ağlar.