Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Söylə canana, səba, halım pərişan oldu, gəl!

Qoşmalar
Söylə canana, səba, halım pərişan oldu, gəl!Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl!
Qasidi-bisidqə aldanma, yetir, hal özgədir,Türfə şivənlər qopub üstümdə əfğan oldu, gəl!
Enmədən sinə vücudum, doldu qəbrim qan ilə,Gördüyün nazik bədən xak ilə yeksan oldu, gəl!
Rəxti-tərdən incinən tən həmdəm olmuş mar ilə,Üz tutub qarıncalar yollara karvan oldu, gəl!
Gördüyün zahir əl’əm tək şə’nü şövkət sahibiİndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl!
Neçələr giryan olubdur bu Vidadi xəstə tək,Didələr giryan olub çaki-giriban oldu, gəl!