Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə

Qəzəllər
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə,Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə.
Vəfa qıl bir vəfadarə, ulaşma hər biiqrarə,Mətaın atma bazarə, xiridar olmayan yerdə.
Mənim həmrazü həmdərdim, deyim hər bədnüma gördüm,Hünər kəsb eyləməz mərdüm, bəli, ar olmayan yerdə.
Xuda, sən saxla gəl fərdi, çətindir yalqızın dərdi,Pərişanlıq tapar mərdi havadar olmayan yerdə.
Dila, laf etmə mütləqdən, düşərsən zülmə nahəqdən,Neçün mərdüm dönər həqdən bir azar olmayan yerdə?!
Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən,Necə məqdur olur məskən gülə xar olmayan yerdə.
Könül dünyadə yar istər, olubdur biqərar istər,Vidadi xəstə var istər, xaçan yar olmayan yerdə.