Hər səhər bad əsər, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
Şəm gər yansa, səvadi-şəb üçün heyf olmaz,Şöləsi çünki onun arizi-cananə dəyər.
Olmasa qabil əgər dəhr, cəfa verməz ona,Təm biləzzət olanda necə dəndanə dəyər.
Söhbəti-nakəsü namərd həmin söhbət imiş,Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər.
Mən ki, meydani-bəla içrə sərim top edərəm,Ta düşər əldən-ələ axırı çovganə dəyər.
Nə qədər olsa qoca gərçi Vidadi xəstə,Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər.