Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust!Dürci-dəhənin höqqeyi-dürdanə, tək ey dust!
Gülzari-behişt tək açılıb rövzeyi-hüsnün,Bimar gözün nərgisi-məstanə tək, ey dust!
Ol dəm ki, göründü gözümə şəm’i-cəmalın,Yandırdı məni şövq odu pərvanə tək, ey dust!
Fikr eylədi ahu gözünü xəstə Vidadi,Düşdü yenə səhralara divanə tək, ey dust!