Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar

Şeirlər
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.
Nə qəfilsən ki, mütləq ahi-dilsuzim əsər qılmaz,Sədayi-naləmə aləmdə munca göz-qulaq artar.
Məni gər məst edibsən, saqiya, xoş halim ondandır,Dolandırdıqca cami-eşq dövründə əyaq artar.
Qərəz cövrin ziyadi-tərki-eşq isə füzun eylə,Cərahət qalib olduqca təbibə iştiyaq artar.
Vidadi xəstəyəm məşhur halim dövri-hüsnündəVəli yüz şükür ki, can əksilir eşqi-məzaq artar.