Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,
Məcmueyi-xubana şəhənşah gələydi,Edəydi ədalət.
Hicran, mənə sən çox elədin zülmü sitəmlər,Səndən edərəm mən,
Fəryadıma ol xosrovi-dərgah gələydi,Gör kim, nə şikayət.
Biləydi ki, Fərhad kimi təlxməzacəm,Bir dadə yetəydi.
Ol ağzı şəkər, sözü şirin xah gələydi,Edəydi inayət.
Vaqif, gecələr eyləmək olmaz qəmə dərmanGər olmasa həmdəm,
Allahdan olub lütf o həmrah gələydi,Qıl gündə mübahət.