Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Valinin çeşmi çırağı, vəh nə türfə can imiş

Şeirlər
Valinin çeşmi-çırağı, vəh nə türfə can imiş,Külli-Gürcüstanın üstə sayeyi-sübhan imiş,
Düşməni pamal edən sərdari-valaşan imiş,Aləmin sərdəftəriymiş, adı Eulon xan imiş,
Saxlasın Allah pənahında, əcəb oğlan imiş.Heç yoxdur nisbəti, özgə diyarın xanına,
Bir cavandır kim, yaraşır padşahlıq şanına.Dəyməsin afət yeli, yarəb, güli-xəndanına,
Sərbəsər aləm gərəkdir baş əyə fərmanına,Taqi-əbruyi-lətifi qibleyi-iman imiş.
Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,Çox bəyəndim özünü, həm ləhceyi-göftarını,
Maşaallah, zahir etmiş ululuq asarını,Belə sandım kim, mələkdir əvvəla didarını,
Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş.Sayır oğlundan xanın gər olmadıq biz ruşinas,
Manei yox, onları həm eylədik bundan qiyas,Bu ocaq böylə ocaqdır, eyləmiş nur iqtibas,
Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas,Valinin ocağı böylə gün kimi taban imiş.