Tuba boylum, qamətindi sərvü-ərərdən gözəl,Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl,
Dişlərin dür, ləblərin yaquti-əhmərdən gözəl,Hər sözün bir kəlməsi yüz qəndü şəkkərdən gözəl,
Müxtəsər şəhdi-dəhanın abi-kövsərdən gözəl.Şanə kim, zülfü bölür, zahir olur göyçək qabaq,
Bərq vurub oynar bulutlardan çıxan gün tək qabaq.. . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . .Vəsməli qaşlar çatılmış taqi-minbərdən gözəl.
Ala gözlər nərgisi-məstanə tək şəhlalənir,Elə ki, süzgünlənir, yüz mərtəbə zibalənir,
Görsə bu şux xəttini, billah mələk şeydalənir.Şol siyah kirpiklərin qan tökməyə sevdalənir,
Zərnişan peykandan artıq, dəşnə xəncərdən gözəl.Şöleyi-şəmsi-cəmalından münəvvərdir didəm,
Bəndivanın olmuşam, haşa, yanından mən gedəm,Tutiyadır gözlərə – hər torpağa bassan qədəm,
Bir əcayib bu gəlir saçından, ey gül, dəmbədəm,Məst edir dimağımı reyhanü-ənbərdən gözəl.
Vaqifəm, bir aşiqi-kamil – yox əsla kəmliyim,Hər zaman yarin xəyalilə olur xürrəmliyim,
Hiç tutmaz eşqdə nadan ilə həmdəmliyim,Bəlkə, zahid, səndən artıqdır mənim adəmliyim,
Sevdiyimdir huridən əla, mələklərdən gözəl.