Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Müxəmməslər

Şeir
Nə xoşdur baş qoymaq bir güləndamın qucağında,Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında,
Durub ondan, tutub nazik əlin gəzmək otağında,Qucub-qucub oturmaq gah solunda, gah sağında,
Sinəsində sinə, boynunda qol, dodaq dodağında.Üzündən, eyləyib küstahlıq, dəstari-zər açmaq,
Yenindən düymə, ondan sonra belindən kəmər açmaq,Çəkib yaşmağın ağzından rəvan, ləlü gövhər açmaq,
Çıxarıb cümlə əsvabın, vücudun sərbəsər açmaq,Həmin bir incisin qoymaq qara zülfün qırağında.
Uzun saçın qucaqlayıb, töküb qəddi-büləndindən,Töküb misli-bənəfşə iyləmək hər bir kəməndindən
Yaxasın çak edib, köksün çıxarıb bağü bəndindən,Əmib doyunca şirin ağ məmənin şəhdi-qəndindən,
Qoyub bir ləhzə baş, yatmaq giribanın bucağında.Səmən cismə sarılmaq, eyləmək bir qədr rahətlər,
Aralıqda olub bir-birinə lütfü inayətlər,Yuxudan tez durub sərf eyləyib dürlü zərafətlər,
Yuyub əl, oturubən dizbədiz etmək hekayətlər,Demək bir-birinə başdan keçən halı fərağında.
Edib bir müxtəsər söhbət, xəbərdar olmamış əğyar,Yenidən and içib, şərt eyləyib, əhdü, iman, iqrar,
Alıb bir bu üzündən, o üzündən buseyi-təkrar,O zülfi-yasəməndən həsrət ilə ayrılıb naçar,
Gənə Vaqif kimi bir dəxi olmaq iştiyaqında.Gədə, mən qurban olum qaşları kaman bacına,
Belə bir şux baxan kirpiyi peykan bacına,Məməsi misli-şəkər, gözləri ceyran bacına,
Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına,Məst damənkəşü xəndanü xuraman bacına.
Maşallah ki, əcəb hüsnü cəmal sahibidir,Qəbqəbü zülfü zənəxdan, xətü xal sahibidir,
Özü bir afəti-can, qəmzəsi qal sahibidir,Gün kimi neməti-xubluqda kamal sahibidir,
Bizi bir çaştə qonaq etsə, nə nöqsan bacına?Görmüşəm gözlərini – nərgisi-məstanə kimi,
Gecə-gündüz gəzərəm çölləri divanə kimi,Ələ düşsə, dönərəm başına pərvanə kimi,
Parə-parə ciyərim eyləmişəm şanə kimi,İstərəm sarmaşam ol zülfü pərişan bacına.
İltimas et ki, ona bəsdir, a zalim, bu qədər,Bir əzizəm, məni incitməsin, Allahı sevər,
Qorxuram ahə düşə; eyləsin, əlbəttə, həzər,Bitəkəllüf sizə çox-çox gəlibən getsəm əgər,
Məni mən eyləmə kim, aşiqəm, oğlan, bacına.Gedibən əqlü huşum, namusü arım kəsilib,
Olmuşam maili-mey rahi-güzarım kəsilib,Xubların rövzeyi-kuyində mədarım kəsilib,
Vaqifəm, onun üçün səbrü qərarım kəsilib,Olmuşam, ərz eləyim, valehü heyran bacına.
Bilmənəm məndən neçün ol sevgili canan küsüb,Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb,
Ağladır qanlar mənə, rüxsarəsi xəndan küsüb,Qara günlərdə qoyub məni, məhi-taban küsüb,
Könlümün şəhrin sərasər eyləyib viran, küsüb.Bağrımı vermiş kəsər kirpiklərin əlmasına,
Ağlamaqdan gözlərim dönmüş iki qan tasına,Gecə-gündüz düşmüşəm dərdü qəmin dəryasına,
Rəhm qılmaz, ah kim, öz aşiqi-şeydasına,Dərdi öldürdü məni, bir eyləməz dərman, küsüb.
Eylə ki, görər məni, yaylıq çəkər rüxsarinə,Bir zaman qoymaz tamaşa eyləyim didarinə,
Danışar qeyrilə, baxmaz mən qədimi-yarinə,Nə demiş məndən rəqib ol xubların sərdarinə?
Gəlmişəm ərzə, nəhayət, eyləməz divan, küsüb.Bu qədər kim, söylərəm, tutmaz mənə qulağını,
Yoluna üz qoymuşam, basmaz gözəl ayağını,Neylərəm canımın olmaq dəxi sağ qalmağını,
Döndərib üzün, yığıbdır qaşını, qabağını,Ey könül, gəl olalım bu dilbərə qurban, keüsüb.
Danışıb gülməz üzünə ol pərivəş Vaqifin,Sındırıb könlün, yaxıb canın müşəvvəş Vaqifin
Ol səbəbdən canına düşmüş bir atəş Vaqifin,Cürmü təqsiri nədir, yarəb bəlakeş Vavqifin,
Söylərəm munca, eşitməz dad, əlaman küsüb.Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah,
Şərm edər onun üzündən mahi-ənvər hər sabah,Zülfi-şəbrəngi tökər qəddə bərabər hər sabah,
Müşkbudən aləmi eylər müəttər hər sabah,Sübhi-sadiq tək açar sədrin müqərrər hər sabah.
Xabdən açar gözün ta nərgisi-fəttan kimi,Əl çəkər, müjganın eylər tiri-xunəfşan kimi,
Tərh edər üz yanına geysuləri reyhan kimi,Qəddinə yaşıl geyər ol qönçeyi-xəndan kimi,
Başa üstündən çalar dəstari-əhmər hər sabah.Bir mina gərdən, səfid əndam, fərbeh sim-saq,
Lalə rux, mərmər sinə, nərmin bədən, şirin buxaq.Tubi qamət, mahi-tələt, xoş əlamət, ay qabaq,
Oldu məsciddən haman dəm əhli-qiblə ittifaq,Qaşıdır onun məgər mehrabü mənbər hər sabah.
Əylənər narın, danışar naz ilə, narin gülər,Tərzi-göftarinə eylər tutilər təhsin, gülər,
Qaş gülər, həm göz gülər, ariz dəxi rəngin gülər,Dünyada çoxdur gülən, amma bu çox şirin gülər,
Böylə də insan olur, ağzında şəkkər hər sabah.Bilmişəm kuyin gözəl firdovsü gülşəndən onun,
Ta ölüncə oxların qoymam çıxa təndən onun,Gəzdiyi yeri sevər gözüm elə gendən onun,
Vaqifəm, heç kimsə kəsməz zikrini məndən onun,Eylərəm sidq ilə adın dildə əzbər hər sabah.
Neylərəm, belə munun mən... iqbal içinə,Handa üz tutdum isə, düşdüm elə qal içinə,
Gündə yüz gəz düşə aşüftəlik əhval içinə,Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə,
Hər sənəm görsə deyə kim... çal içinə.Etməyə bir sənəmin kim, səni heç könlü qəbul,
Sən ona istər isən eyləyəsən canını qul,Canına rəhm eləməz, yanasan oda yüz yol,
Saqqalı ağ olanın qiymətidir bir qara pul,Gərçi girsən bəzənib gündə yaşıl, al içinə.
Kim ki, birçəklərini sünbülə timsal salır,Xubların başına qovğa gətirir, qal salır.
Dami-təsxirə pəriruləri filhal salır,Abirudən kişini dünyada saqqal salır,
Salma saqqalını əndamə onun sal içinə.Sahibi-saqqal əgər yüz ola sahir sözlü,
Yəni başdan-ayağa ləhcəsi şirin, duzlu,Ram olub baxmaz ona hiç bir ahu gözlü,
Nola saqqala yavuq gəlməsə bir gül üzlü,Kim qıyar ki, düşə gül yarpağı qanqal içinə.
Demə, Vaqif ki, flan kimsənə çox zirəkdir,Ya flan şeir deyir, yazısı həm göyçəkdir,
Ya flan kəndxudanın simü zəri lək-ləkdir,Xubların sevdicəyi sadəvü top birçəkdir,
... onlar xəttü şerü kəmalü mal içinə.Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə,
Kuyin çəməni tənə vurar xüldi-bərinə.Sünbül onu görcək özünü saldı qəminə,
Pəh-pəh, nə əcəb, şükr xudanın kərəminə.Olmaz belə qamət, belə gərdən, belə sinə.
Xoşdur gül üzərində tamaşası bu zülfün,Hifzində, görüm, saxlaya mövlası bu zülfün,
Düşdü xütən əmlakına qovğası bu zülfün,Ta düşdü mənim başimə sevdası bu zülfün,
Zəncirilə divanələri çəkdi səfinə.Zülfün qoxusu, çox dilərəm, canimə gəlməz,
Rəhmi məgər əhvali-pərişanimə gəlməz,Bir gecə qulaq asmağa əfğanimə gəlməz,
Bilməm nə olub, sevgili yar yanimə gəlməz,Can çıxdı, xudaya, nə deyim mən bu gəlinə?
Bilməm, nə demiş dilbərə ədna genə məndən,Kəsmiş nəzəri, ahü vaveyla, genə məndən,
Ün yetməz onun səminə əsla genə məndən,Döndərdi üzün ol güli-rəna genə məndən,
Eyb olmaya söysəm belə iqbalın içinə.İyman gətirib çün hərəm olmağına Vaqif,
Sürtər üzünü bu qapı torpağına Vaqif,Gah zülfün öpər, gah düşər ayağına Vaqif,
Hərdəm baş əyər qaşlarının tağinə Vaqif,Sənsən mənə həm qibləvü həm Məkkə.
Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz,Can riştəsi geysuyi-sitəmkərdən üzülməz,
Məddi-nəzərim qəddi-sənubərdən üzülməz,Dil şovqi-tamaşayi-səmənbərdən üzülməz,
Xunin cigərim kirpiyi-xəncərdən üzülməz.Rahində sənin dil nə qədər ki, düşə şərrə,
Tiğin ilə doğranə əgər bir neçə kərrə,Torpağımı yellər dağıda bəhrlə bərrə,
Cümlə bədənim ruyi zəmində ola zərrə,Könlüm o ruxi-mehrü münəvvərdən üzülməz.
Yüz baği-İrəm gər ola, yüz rövzeyi-gülşən,Yüz xüldi-bərin, mənzili-əlavü müzəyyən,
Heç vəchlə sizdən üzümü döndərə bilməm,Əvvəlü axır bil eşiyindir mənə məskən,
Ölsəm də, ayağım mənim ol dərdən üzülməz.Nöqsan ki, ucundan çəkəm, ey qaşı hilalım,
Eylə sanıram, artar o gün fəzlü kəmalım,İstər mənə mehr eyləmə heç, al elə, zalım,
Sənsən gecə-gündüz həmişə fikrü xəyalım,Dilimdə adın hər zaman əzbərdən üzülməz.
Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə,Peyvəstə könül yıxsan əgər, bir də saz eylə.
Ahim tütünü gör necədir etiraz eylə,Öz Vaqifini lütf edibən sərəfraz eylə,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Ləlin kimi bir ləli-Bədəxşan ələ düşməz,Bir yerdə belə hakimi-Loğman ələ düşməz,
Biçarələrin dərdinə dərman ələ düşməz.Bir eylə nəzər ləşkəri-müjgan ələminə,
Gör necə keçib hökmü onun ruyi-zəminə.Təbriz, Şəki, Gəncəvü, Kabil şəhərinə,
İran ilə Turan, Hələbü, Məkkə, Mədinə,Bunlarda belə sən ciləyin can ələ düşməz.
Mən aşiq idim, şövqi onun var idi məndə,Öz aşiqinin gərdənini saldı kəməndə,
Kişmir, Xəta, Misr, Buxaravü Xütəndə,Movsul şəhəri, Çin ilə Maçinü Yəməndə,
Gərçi gəzələr Rum, Ərəbistan, ələ düşməz.Əlqissə ki, yüz kafər ola, yüz də müsəlman
Tövrat ilə Incil, Zəbur, ayəti-Quran,Tiflis, Irəvan, Şamü Cəbəl, cümlə Trabzan,
Dərbənd, Quba, Bakı, Şamaxilə Sifahan,Yüz seyr oluna külli-Dağıstan ələ düşməz.
Nə mazi, müzaredə nəvəxanü xoşəlhan,Nə Məğribü Məşriqdə əcayib belə insan,
Fihinnə vəmin heysü hüvə leysə kamakan,Bilsə qədirin Vaqifin, eylər ona ehsan,
Əz ruzi-əzəl mən kimi ətşan ələ düşməz.Ah... bir sərxoş nigarın dağı öldürdü məni,
Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,Ağ biləklərdə qızıl qolbağı öldürdü məni,
Eylədi şəhla gözün müştağı, öldürdü məni,Hamıdan əla ki, qaşın tağı öldürdü məni.
Nə əcəb təsvir olur ağ əllərə əlvan həna,Məxmuri gözlər piyalə, gərdəni misli mina,
Al sərəndazla qəsabə, üstə türfə ağ cuna,Qol gümüş bazbəndli, beldə kəmər – üstü mina,
Məclis içrə bu nişanda saqi öldürdü məni.Al yanaqların, sanasan ki, qızıl gül xərməni,
Tər zənəxdaninə baxdıqca cünun eylər məni,Məst çeşminə əcayib rəng tutmuş sürməni,
Qurşayıb ol ağü nazik əllər ilə tirməni,İki yandan ucların salmağı öldürdü məni.
Sallanıb yüz naz ilə hərdən çıxanda xanədən,Hər tərəf baxsa, qırar həm dost, həm biganədən,
Əqlü huş ikrah olub getdi məni-divanədən,Qara gözlər süzülüb sərməst olub peymanədən,
Ahu tək hərdəm dönüb baxmağı öldürdü məni.Vaqifəm, qıldım bu şuxun hüsnünü fikrü xəyal,
Günbəgün incəlibən oldu tənim muyə misal,Axırı verdi məni bərbadə bu qaşı hilal,
Qəbrimin daşına yazsın bu sözü əhli-kamal,Dilbərin məndən uzaq olmağı öldürdü məni.
Ah kim, bir yarın istiğnası öldürdü məni,Nazilən sərxoş xumar baxması öldürdü məni,
Cilveyi-rəngi-rüxün həmrası öldürdü məni,Ol siyah kirpiklərin əlması öldürdü məni,
Hamıdan artıq saçın sevdası öldürdü məni.Mən ha əvvəldən deyildim böylə biidrakü huş,
Eyləyən kimdir, bilirsənmi, məni bu dərdə tuş,Ol güli-narıncı məcərdir, o sərvi-səbzpuş,
Qaş ilə göz arasında badə verdim canı, xoş,Bilmədim bu iki şuxun hansı öldürdü məni?
Haqq bilir, olsa əgər dünya sərasər düşmənim,Mütləqa gərdi-təərrüz tuta bilməz, damənim,
Ancaq eşqin atəşidir yandıran canü tənim,Ey müsəlmanlar, deyildir hiç kəs qanlım mənim,
Xublar şəhbazının sonası öldürdü məni.Zülfünə qeyrilərin iman verərdim mən məgər,
Dəysə min şəmşir, qətrə qan verərdim mən məgər,Öz xoşumla əqlimə nöqsan verərdim mən məgər,
Hər yetən cəllada asan can verərdim mən məgər,Onun iki nərgisi-şəhlası öldürdü məni.
Köçdü, heyf oldu, gözəl, Vaqif dəxi düşməz ələ,Bir siyah kirpik ucundan bağrımı dələ-dələ
Həşrədək hərgiz məzarımdan kəsilməz vəlvələ,Qəbrimin daşinə yazın, oxuya hər kəs gülə,
Bilə kim, yarın iraq olması öldürdü məni.Aldı canım naz ilə ol gözləri şəhla pəri,
Ləbləri püstə, yanağı laleyi-həmra pəri,Cismi gül, başdan ayağa qaməti rəna pəri,
Sərvdən yeyrək, sənubərdən dəxi bala pəri,Yavru laçın gözlü, topğun sinəli sona pəri.
Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni,Qara zülfü müşkü ənbər, ağ bədən gül xərməni.
Saçları reyhan qoxulu, qoynu cənnət gülşəni,Ləbləri kövsər məkanı, ağzı şəkkər mədəni,
Sözü şirin, özü amma xosrovü əla pəri.Al geyib əlvan ləçək örtər, gülabəfşan çıxar,
Sanasan, bürci-fələkdən bir mahi-taban çıxar,Seyrinə aləm sərasər hər tərəf, hər yan çıxar,
Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar,Göz ucuyla hər kimə eylər nihan ima pəri!
Ey mənim mahım, sənə bu şəhr, bu ellər fəda!Basdığın torpağa hərdəm, lalələr, güllər fəda!
Saçının hər muyinə yüz saçı sünbüllər fəda!Ləhceyi-göftarına gülşəndə bülbüllər fəda!
Qaşının bir tağinə qurban iki dünya, pəri.Vaqifəm, canım sənə hərdəm fədalər eylərəm,
Ah çəkib hicrində qarğu tək sədalər eylərəm,Dərgahində kəlbinə çox ilticalər eylərəm,
Gecə-gündüz ömrünə xeyrü düalər eylərəm,Saxlasın dəhrin bəlasından səni mövla,
Ey səba, yara de kim, avarə gördüm Vaqifi,Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi,Aqibət salmış özün odlarə, gördüm Vaqifi,
Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi.Bir yanar atəş salıb pərvanə tək əzasinə,
Oxşayıbdır dəhrdə aşiqlərin risvasinə,Nalə eylər gecə-gündüz, yalvarır mövlasinə,
Baş qoşub eylə sənin ol zülfünün sevdasinə,Bir zaman basmaz ayaq bazarə, gördüm Vaqifi.
Qaməti-mövzun ilə bir sərvi-gülşənsən, gözəl,Iki dünyanın səfavü zövqünə tənsən, gözəl!
Itməyə gözdən, könüldən ayrısan, gensən, gözəl!Fikri, zikri, dediyi danışdığı sənsən, gözəl,
Mail olmaz hər yetən göftarə, gördüm Vaqifi.Qaşlarından ayrı ol mehrabı görməz gözləri,
Eyləməz şəmsə nəzər, məhtabı görməz gözləri.Arizin istər, güli-sirabı görməz gözləri.
Ağlar eylə gecə-gündüz, xabı görməz gözləri,Yandırıbdır canını odlarə, gördüm Vaqifi.
Söylə kim, başın üçün, bir lütf qıl, ey gülüzar!Sallanıb sərvi-rəvan tək bu yana eylə güzar,
Gecə-gündüz dərdü qəm etmiş məni candan bezar,Görməyə didarını hərdəm çəkər çox intizar,

Gözlərin dikmiş baxar yollarə, gördü Vaqif