Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!

Şeirlər
Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin!
Səvadi-Misir xalın Yusifi-Kənanı, xoş gəldin!Gözüm, könlüm, əzizim, qəlbimin xaqanı, xoş gəldin!
Münəvvər eylədin bu dideyi-giryanı, xoş gəldin!Səni badi-səbamı, eylədi agah halımdan?
Eşitdin yoxsa bir səs naleyi-bietidalımdan?Nə müddətdir xəyalın çıxmamışdır xud xəyalımdan,
Fəğanım guşinə yetdi, xəbər verdi məlalımdan,Kim ərz etdi, gətirdin dərdimə dərmanı, xoş gəldin?
Şəha, lütfün füzun olsun ki, əltafi-ziyad etdin,Bu gün müştaqi-didarın olanı bərmürad etdin,
Əzəldən ha unutmuşdun, nə yaxşı sonra yad etdin,Qədəm basdın səadətlə, bizi əlhəqq şad etdin.
Şərəfli bürci-iqbalın məhi-tabanı, xoş gəldin!Ləbi-abi-həyatın Vaqifə canpərvər istərdim,
Skəndərdən də yüz qatla zülalın behtər istərdim,Nə zövqi-cənnətül-məva, nə abi-kövsər istərdim,
Məqalından mükərrər tutilər tək şəkkər istərdim,Gözüm üstə qədəm basdın, məlahət kanı, xoş gəldin!