Gözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,
Zənəxdanın şeyda gördü könlümü,Tutdu möhkəm, eyləyibən bu da qal
Bilməzəm ki, nədir günahım mənim,Durubdur qəsdimə cəlladın sənin.
Nə bəyaz gərdəndi, nə sayə sinə,Tər saxla dəyməsin nəs ayə sinə,
Sığındım qüdrətin nə sayəsinə,Kərəm eylə, gəl canımdan budəğ al
Şahım, qibləgahım, pənahım mənim,Bəsdir mənə munca bidadın sənin.
Sənubər qamətin demə lalədir,Dişin gördü döndü, demə lalədir,
Açılsın bənəfşə, demə lalədir,Qanlı sirişkimdən olmuş budaq al
Gülüstana çəkər həm ahım mənim,Dilər anda qəddi-şimşadın sənin.
Görmədim qəmzən tək sərasər bədən,Səg rəqibi öldür sərasər bədən,
Gül bərginə bənzər sərasər bədən,Nə gözəl lalərəng olmuş budaq al
Qan edibsən məgər, ey mahım mənim,Olubdur eşq ara cəhadın sənin.
Ver muradın bu Vaqifin, ya sənəm,Ya canım al qıl dərdə əm, ya sənəm
Qədəm basıb bir gəl bizə, ya sənəm,Mehmanımsan qəm ləşkərim buda qal
Ta göyə yetişsin kulahım mənim,Yayılsın aləmə həm adın sənin.