Ala gözlü, sərvi boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim-zikrim, əzbərim,Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,Rəncü-məşəqqətə, bari-möhnətə?
Haçandır düşmüşəm tari-zülmətə,Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm qəmi-eşqə giriftar,Hicran həsrətindən can oldu bimar.
Razi-dilim edə bilməm aşikar,Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarıPərişandır, tapmaz o qəm küsarı.
Ölsün, itkin olsun belə əğyarı,Gəzməsin arada yaman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,Leylü-nahar, şamü-səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,Ağzı nabat, şəkkər zəban, bəri bax!