Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Bax

Şeir
Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,Hökmü adil padişahi-qadirü qəhharə bax!
Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq,Gecəki iqbalı gör,gündüzdəki idbarə bax!
Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur,Payimal oldu təpiklərdə səri-sərdarə bax!
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!
Qurtaran əndişədən ahəngəri-biçarəni,Şah üçün ol midbəri təbdil olan mismarə bax!
İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda,Ta həyatın var ikən nə şahə,nə xunxarə bax!
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,Nə qıza,nə oğula,nə dustə,nə də yarə bax!
Vaqifa,göz yum cahanın baxma xubü ziştinə,Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax!