Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!
El cümlə dönüb olsa da kafir işin olmaz,Təzvirini kim ki, duya təkfir2 eləyirsən!
Lə’n eyləyərək qasibə məxluqu soyursan,Fani deyərək aləmi tə’mir eləyirsən!
Gördüm yuxuda baği-behişt içrə gəzirsən,İnsaf!.. Bunu sən necə tə’bir eləyirsən?
Tərk eylə riyani ki, riya şirki-xəfidir3,İşbu sözü kəndin belə təqrir eləyirsən!
Mən məkrini hiss etməyə meyil etmədim əsla,Kəndin dili-həssasimə tə’sir eləyirsən!
Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,Get onları xam tovla ki, təzvir eləyirsən!