Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Sual-Cavab

Şeirlər
– Görmə! – Baş üstə, yumaram gözlərim.– Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
– Bir söz eşitmə! – Qulağım bağlaram.– Gülmə! – Pəkey, şamü səhər ağlaram.
– Qanma! – Bacarmam! Məni mə’zur tut,Boyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,Qıl məni asudə, həm öz canını!