Hali-məczubim görüb, qarə demə divanədir,Nareyi-şüridəmi zənn etmə bir əfsanədir,
Şairəm, təbim dəniz, şeri lərim dürdanədir,Bəhcətim, eyşim, sürurim, vəcdim, əhrararənədir,
:İncizabım cürəti-mərdaneyi-mərdanədir,:Afərinin himməti-valayi-Səttarxanədir.
Ta ki millət məcməin Tehranda viran etdilər,Türklər Səttar xan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,Millətə milliyətə can nəqdi-qurban etdilər,
:Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,:Afərinin himməti-valayi-Səttarxanədir.
Həq mədədkar oldu Azərbaycan etrakına,Ali-Qacarın protest ətdilər Zahhakina,
Ol şəhidanın səlam olsun rəvani-pakınaKim tökülmüş qanları Təbrizü Tehran xakına
:Onların cənnət deyildir mənzili aya nədir?:Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, bir növ iqdimat edib,Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,Hörməti-heysiyyəti-milliyətin isbat edib,
:İndi dünyanın təvəccöh nöqtəsi İranədir,:Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, İranı ihya eylədi,Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,Dövlətin bir əynini dünyada risva eylədi,
:Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,:Afərinin himməti-valayi-Səttarxanədir.
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
:Çün bu xidmətlər bütün islamədir, insanədir,:Afərinin himməti-valayi-Səttarxanədir.