Ruhum, ey şahbazi-ülviyyət,Himmətimtək fəzadə pərvaz et!
Uç!Uç! Övci-səmadə pərvaz et!:Təngnayi-bədəndə var xiffət.
Şiyani-bədəndə etmə qərar,Yanma sən də mənim kimi narə!
Bulamazsan məlalimə çarə!:Sıxılırsan, lətifsən, zinhar!
Boşla bu cismi, cism mən deyiləm;Sana müşkül olursa hicranım -
Mən sənin, sən mənim dilü canım,:Mən sənin kəndinəm, bədən deyiləm!
Hara getsən səninlə mən də varam,Şu bədəndə fəqət əsirsiz, zar,
Ölməyimlə sevinməsin eğyar, -:Aləm olduqca mən dəxi duraram!
Bir səfa bulmadıq bu aləmdə,Başqa bir aləmə varıb gedəlim;
Bir ovuc xaki xakə tərk edəlim:Mədfəni-şumi-ali aləmdə!
Mən gedərsəm, var olsun amalım!Yaşasın-şəhriayi-hürriyyət!
Yaşasın-şəhriayi-hürriyyət!:Mən gedərsəm, var olsun amalım!..