Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Vaqqıldama bayquş kimi, idbar dilənçi!
Bu məclisimiz məclisi-ehsandır əgərçi,Düzdüklərimiz neməti-əlvandır əgərçi,
Ehsan füqəra kəsləri sayandır əgərçi,Bir adəti-irsiyyəti dəxi var, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Dövlətliləriz, məqsədimiz eysu səfadır,
Mehmanlarımız büsbütün ərbabi-qinadır,Kökdür, yekədir, boynu yoğundur, nücəbadır,
Bəydir, ağadır, ağzı duali üləmadır,Bişmişlərimiz min cürə ləzzətli qidadır,
Dikmə gözünü mətbəxə, biar dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dəxli bizə nə boşda qalıb dəsti-sualın?!Yainki acından mələşir əhlin, əyalın?!
Bax, bax, necə çirkindir o mənhus cəmalın!Hax-tuf üzünə, surəti murdar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Dövlətli neçin sərf edib öz bəzlü səxasın,
Əyanı qoyub, doydura şəhrin füqərasın?Töksün görüm Allah üzünün şərmü həyasın!
Əl çək yaxamızdan, itil, idbar dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Bir dəfə fəqir olduğunu anla da, zinhar,Dövlətlilərin bişmişinə olma həvəskar,
Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!Etmə bu qədər bizlərə azar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şəninə bu kar, dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!