Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Mən belə əsrari qana bilmirəm

Şeir
Mən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..
Axtaxana, dağda dana böyüdü,Mən böyük ollam haçana, bilmirəm!..
Derlər utan, heç kəsə bir söz demə, –Həq sözü derkən utana bilmirəm!..
Neyləməli, göz görür, əqlim kəsir,Mən günəşi göydə dana bilmirəm!..
Şiddəti-seylan ilə baran tökür,Bir koma yox, daldalana bilmirəm!..
Derlər usan, hərzəvü hədyan demə, –Güc gətirir dərd, usana bilmirəm!..
Derlər, otur evdə, nedim, kasibəm,Kəsb eləməzsəm, qazana bilmirəm!..
Derlər, a qanmaz, de yıxıl, öl, qutar!Hə, balam, doğrusu, ay dadaş, mən dəxi

Məsləhət ondan o yana bilmirəm!..