Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Məktəb şərqisi

Şeirlər
Məktəb, məktəb, nə dilgüşasən,Cənnət, cənnət desəm səzasən.
Şadəm, şadəm təfərrücündən,Əlhəq, əlhəq, gözəl binasən!
Ətrin, ətrin güli-cinadır,Feyzin, feyzin həyati-candır,
Qüncən, qüncən səfayi-vicdan,Nurun, nurun ziyafəşandır!
Tahir, zahir hünərlərin var,Bahir, zahir səmərlərin var,
Dərya-dərya təməvvücündəParlaq-parlaq gühərlərin var!
Dəftər-dəftər xəbərlərin var,Rəhbər-rəhbər əsərlərin var,
Mişgin-mişgin qələmlərindəAhu-ahu nəzərlərin var!
Himmət, himmət səninlə ali,Xaki-və1tən səninlə hali,
Sənsən, sənsən ümum nasinNitqi, fikri, dili, məqali!
Gülşən, gülşən lətafətin var,Rövşən-rövşən səadətin var,
Vazeh-vazeh bəyanlarındaŞirin, şirin hekayətin var!
Olsun, olsun səninlə xoşhal,Yetsin, yetsin kəmalə ətfal,
Görsün, görsün pəsərlərində,Sabir-sabir pədərlər iqbal!