Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Dərda ki, razi-pünhan, xahəd şod aşikara

Şeir
"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"
Asudəlik bu saat, yerdən göyə cahanda,Var isə vardır ancaq İranda hər məkanda:
Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda.Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda,
Lorlarda, Şıx-Gözəldə, Keşkanda, İsfəhanda,Tehranda, əncüməndə, qabnetdə, parlamanda.
İşlər, bütün həqiqət, sözlər bütün güvara,"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Dalma təfəkküratə, qare, ki işbu halət,Ya kimlərin gücündən İranda etdi nəşət?
Əlyövm hər tərəfdən çarpır gözə şikayət,Hər kəsdə vəcdü-şadi, hər yerdə əmnü-rahət,
Əhvali-daxiliyyə, bilxeyrü vəssəlamət,Dadü-sitəddə rövnəq, şirkətlə hər ticarət,
Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,Asudə hali-millət, dair ümuri-dövlət,
Nəzmü-nəsəq mühəyya, leşkər bütün səf ara,"Dərda ki, razi-pünhan, xahəd şod aşikara".
Zənn etmə haziranın, səyilə bimühaba,Bu rütbə, etilalıq, beş gündə oldu bərpa!
Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!....Gərçi bular da az-çox, bir iş görüblər, əmma,
Keçmiş binayi-xeyrin asarıdır həmana,Qaib müdəbbiranın tədbiridir ki, hala,
Etdikləri sədaqət bir-bir olur da peyda,Açdıqları bulaqlar cari olur sərapa,
"Hatəssəbuhə həyyu, ya eyyühəssükara!"Dərda ki, razi-pünhan xahəd şod aşikara".
Bunlar əbəsmi yahu, məlulə yoxmu illət?Himmətsizin olurmu, bunca müvəffəqiyyət?!
İran səadətində, çoxlar edindi xidmət,Çoxlar bu məmləkətdə göstərdi səyü-qeyrət....
Zoncümlə Nəsirəddin,-- haqq eyləsin də rəhmət,Hər beşdə-üçdə etdi, hər səmtə bir səyahət,
Hər bir səyahətində, sel tək axıtdı sərvət,Yüksəldi ərşə qarşı, xaki-diyari -- Dara....
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".İştə bunun üçündür, iranlı bilməsərrət,
Dünyalara axışdı, olduqca gördü izzət ....Hər şəhri qıl tamaşa, hər səmtə eylə diqqət:
Məşriqdə minlər ilə, məğribdə bilizafət.Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,
Çində, Xətadə bəh-bəh! ... həp aşinayi-qürbət,Hər sudə biltəkəssür, hər kudə bizziyadət,
İranlıdır görürsən, amma nə şanlı röyət?!Amma nə dadlı didar, amma nə xoş qiyafət!
Hər şəxsə zahir ikən, yox ərzi-halə hacət.Tərif üçün və bir də yoxdur dilimdə yara,
"Dərda ki, razi-pünhan xahəd şod aşikara".Hə, indi də Əhəd xan, ol mənbəi-ədalət!....
"Abadii" -- vətənçin minbabi-tabəiyyət.Nasir tək etmək istər, isbati-qədri-millət,
Bol-bol səyahətindən məqsudu məhz ibrət,Cudü-səxavətindən mən eyləməm hekayət
Qoy madmazellər etsin tərifini nəhayət,İrana bənzər olsun, qoy səfheyi-Buxara.

"Dərda ki, razi-pünhan xahəd şod aşikara".