Cəhd eylə, sən ancaq nəzəri- xəlqdə pak ol,Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol,Sök aləmi, yandır;
Xəlqin nəzərin cəlb elə qurşağə,qəbayə,Məclubi- üyun ol;
Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,İmanə sütun ol;
Səy eylə ki, saqqal uzanıb üç çərək olsun,Papaq ona nisbət;
Qursaq da, bilirsən ki, on arşın gərək olsun,Təfsilə nə hacət...
Qoyma yerə təsbihini, əl çəkmə duadan,Övrad oxu daim;
Məclisdə çəkib dut özünü, ol nücəbadən,Söz söylə mülayim;
İstə geyinib məzhəbi, imanı büründün,Pək möhtərəm oldun;
İndi nəzəri- xəlqdə sən pak göründün,Əhli –kərəm oldun;
Başdan- ayağa əmnü əman oldu vücudun,Zövq ilə bitişdin;
Nolmaq diləyirdinsə, həman oldu vücudun,Məqsudə yetişdin!
Vəqf oldu ki, imdi edəsən aləmi talan,Dut, qoyma qaçanı!
Hökm imdi sənindir, dəxi çək işlərə saman,Yığ müşkül açanı;
Dul övrətə bidad elə, eytamə xəyanət,Xovf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytanə də lənət!Şad ol bu əməldən,
Əl çəkmə hiyəldən,Təzvirü dəğəldən,
İmanı da versən.Vermə pulu əldən!..