İləri qoş, illəri,Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,Oxu mükəmməl, qızım.
Uca dağlardan atlan,Hər çətinliyə qatlan,
Bir quş kimi qanatlan,Göylərə yüksəl, qızım!
Mehriban ol insana,Bir yuxarı baxsana,
Göydən günəş, ay sana,Eyləyir "gəl, gəl", qızım.