Yenə könlüm uzaqlarda,Quş qonmayan ovlaqlarda
Qanad çalır tərlan kimi.Bir dərənin üzərində
Çisəkləyir duman kimi.Nədir məni bu coşduran,
Hankı əsr, hankı dövranOlmuş bizim dövran kimi?
Bir aşağı, bir yuxarıBurax çapsın söz atları
Ürəyimdə ceyran kimi!Yenə qopdu bir qasırğa,
Nəğmələrim dalğa-dalğaGurlayacaq tufan kimi.
Budur, gəldi gül mövsimi,Tarçı, köklə sarı simi,
Bir şey çal ellər eşqinə!Günəş qızıl, dünya yaşıl.
Gülümsəyir işıl-işılDuyan könullər eşqinə.
Durma, köklə sədəf tarı,Səbrimizin yarpaqları
Töküldü yellər eşqinə.Bir hava çal, can oynasın,
Dağlarda duman oynasınQırdığın tellər eşqinə.
Mən də sözlə əmin-əminDaraq çəkim düşüncəmin
Zülfünə Tərtər eşqinə.O yan dərə, bu yan dərə,
Hər yamacda bir mənzərə,Nə aləmdir bu Qarabağ!..
Göy üzündə şən bulutlarYer üzündə məxmər otlar,
Bu günəşli səhərə bax!Hər yan dağdır, hər yan meşə,
Novruzgülü, mor bənövşə,Bülbüllərə, güllərə bax!..
Gah mülayim, gah əsəbi,Bir dalğalı ömür kibi
Axıb keçən Tərtərə bax!Tərtərdəki səhnələrə
Polad döşlü dəhnələrə,İnsana bax, hünərə bax!
Tərtər çayı! Nə zamandan,Hansı çılğın bir tufandan
Qaynayışın başlar sənin?Hər axışın bir inqilab,
Hər dərən bir dərin kitab,Başında çox iş var sənin.
Varıb keçdi apardığın,Yaynağından keçən yığın,
Keçmişmidir təkrar sənin?Bir sorğu kəsdi qarşımı:
Tarixlərin göz yaşımıAxıtdığın yaşlar sənin?
Məndən başqa arxan varmı,Fəryadına dayanarmı
Dağlar sənin, daşlar sənin?Tərtər çayı!.. Tərtər çayı!
Ötən çılğın vurharayıBir salsana yadına sən!
Bir zamanlar candı o kənd,Dil çıxarıb yandı o kənd,
Yetişmədin dadına sən.El yanarkən için-için,
Dalğalanıb onun neçinSu səpmədin oduna sən?!
Qanlı alov dalğa-dalğaYayılarkən ortalığa,
Heç baxdınmı ardına sən?Gözəl Vətən, söylə mana,
Söylə mana, yana-yanaGetdin kimin badına sən?
Bu nə yoldur, daşnaq yolu...Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,Bir tapdadı, bir doğradı.
Orda dəhşət, burda vəhşət,Əlində baş, dişində ət,
Tanırsınız müsavatı.Nə bağ qaldı, nə də bağban.
Qurşun, ölüm, atəş, dumanYaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı.Onlar deyən yalan oldu,
Keçən keçdi, olan oldu.Coşdur, bizim günlər, məni!
Bir çalışır, bir yaşayır,Bir-birinə çox oxşayır
Bu dağlarda türk, erməni.Arzumuzun dərəsindən,
Bağımızın bərəsindənHaraylayır Tərtər məni.
Aman Tərtər, tut əlimdən,Uzaq düşmə əməlimdən,
Yoxsa ellər ötər məni.Biri sızlar, biri yanar,
Bilirsən ki, necə anarQələm məni, dəftər məni!
Gah o gözdən, gah bu gözdən,Murov dağdan, Alagözdən
Verə-verə nişan Tərtər.Dağı-daşı uçuraraq,
Torağaydan alıb soraq,Eldən-elə qoşan Tərtər.
Bir gurlayan həyat kimi,Dərələrdən ağ at kimi
Şahə qalxıb aşan Tərtər.Keçmişini salma yada,
Gözdən düşər bu dünyadaDüz yolundan şaşan, Tərtər,
Nə işin var dağda, düzdə?Bir qan kimi Madagizdə
Gəl qəlbimə boşan, Tərtər!IX
Hər yamacda bir tamaşa,Könlüm uçur dağa-daşa,
Seyr etdikcə təbiəti.Dağ başında duman gözəl,
Bu qaralan orman gözəl,Könlümdədir məhəbbəti.
Kim der sənə yaman, dünya.Sən gözəlsən aman, dünya,
Ey günəşin əmanəti!Keçmişin göz yağmurundan,
Ürəyimin çamurundanSeçməliyiz şikayəti.
Ey əzəldən yığın-yığın,Ölən, qalan insanlığın
İlk cənnəti, son cənnəti!X
Gözünü aç, dağlara bax,Bir gözəldir bu Qarabağ
Təbiətin qucağında.Doğmuş kimi ülviyyətin,
Gözəlliyin, məhəbbətinƏn səfalı bir çağında
Uzun saçlı qızlar kimi,Tar çalaraq sızlar kimi
Tərtər gümüş yatağında.Burda versən can, yeri var,
Yenə bülbül, qan yeri varQızılgülün yanağında.
Ürəyimdə sözüm qaldı,Bu dağlarda gözüm qaldı
Bir maralın buxağında.XI
Nə deməkdir bu aldanış!Işdən danış, gücdən danış,
Çağır yeni mahnı, şair!Çırpınmalı el səsində,
Elin köküs qəfəsindəSözlərinin canı, şair!
İşə keçməz boş nəğmələr,Dodaqaltı zümzümələr,
Orkestrin hanı, şair?!Dönüş yoxdur bir də geri,
Şarıldayan bu TərtəriYaxşı öyrən, tanı, şair!
Həqiqəti görməyənin,Elə könül verməyənin
Batsın adı-sanı, şair!XII
Odlayarkən bağrınızı,Mən duyuram ağrınızı,
Darılmayın mana, dağlar!Gətirəcək bu daşqın sel,
Qəlbinizdən keçən tunelÖlkəmizi cana, dağlar!
Qaranlığı yıxmalıyız,Aydınlığa çıxmalıyız,
Nə dərsiniz, buna, dağlar?Çırağınız sönməyəcək,
Bundan belə dönməyəcəkÜrəyiniz qana, dağlar!
Yüksələcək mənliyimiz,Gəlməyəcək şənliyimiz
Sayıldıqca sana, dağlar!XIII
Günəş çıxmış qaranlıqdan,Bir qarışıq dumanlıqdan,
Parçalamış qaranlığı...Fəqət bilsən, gün vuracaq,
Nə ulduzlar doğuracaqDühamızın dumanlığı!
Şarıldayıb, tüstülənib,Coş, Tərtərim, dağdan enib
Gəz dağlığı, aranlığı!Öz gücünü bildir bu gün,
Cənnət kimi güldür bu günİlanlığı, sayanlığı!
Yaşa, həyat selimizin,Ağlımızın, əlimizin
Qüvvət, işıq sultanlığı!XIV
Hər dalğası sona Tərtər,Qurban olum sana, Tərtər,
Uyut məni yatağında!Könül açan nəğmən, şerin
Pıçıldasın bu şairinLəpələnən dodağında.
Yetər artıq üzülməmiz,Işıq kimi əzilməmiz
Qaranlığın tapdağında!Ahımızdan meh durmadı,
Elə yandıq, şeh durmadıÖmrümüzün yarpağında.
Yax lampanı lalə kimi,Sərin nurlu halə kimi
Gəlnimizin otağında!XV
Gəl döyəlim döşümüzə,Başlayalım işimizə,
Qüvvət səndən, hikmət məndən.Daşkəsəndə, dağda, daşda,
Hər cəbhədə-mərd savaşdaHimmət səndən, cürət məndən.
Ölkəmizə dəmir gərək,Dəmirdədir asan çörək,
Şiddət səndən, zəhmət məndən.Qazax, Yevlax yollarında,
Elektrik qatarındaSürət səndən, söhbət məndən.
Elə işıq səndən gəlsin,Yar-yaraşıq səndən gəlsin,
Şeir, nəğmə, sənət məndən.XVI
Tərtərhesi seyrə gəlin,Eybi yoxdur bu gözəlin,
Bu torpağın aləmi var.Hər dərənin bir əsrarı,
Hər yamacın bir baharı,Hər dağın bir görkəmi var.
Bu yerlərdə çalışanın,Ay, gün kimi alışanın
Nə dərdi var, nə qəmi var?Axşamçağı tarın səsi,
Qarabağın şikəstəsi,Hər kəsin bir həmdəmi var.
Batma, günəş, bir az dayan,Dar gəlməzmi sana o yan,
Bundan gözəl ölkəmi var?!XVII
Çağırıram mən hər kəsi,Gəlsin, görsün Tərtərhesi,
Bilsin, burdan nə hal keçir,Burda köhnə məzarlıqdan,
Xəyal olan bir varlıqdan,Bir uzunca kanal keçir.
Bu yerdə bir qoca gördüm,Üzünə baxınca, gördüm
Könlündən bir sual keçir.Dedim: Qoca, dərdi burax,
Mən nəyəm bir ovuc torpaq,Qabağından xəyal keçir.
Bu inadlı vurğuya bax,Bu möhtəşəm qurğuya bax,
Ömür sönür, tonqal keçir...XVIII
Əlimdə bir sınıq qafa...Ömrümüzə yoxmuş vəfa,
Düşündüm hər adam kimi.Bir aralıq batdım qəmə,
Sonra dedim: – Cəhənnəmə! –Gülümsədim Xəyyam kimi.
Öz-özümə verdim ürək,Dedim, ömrüm keçsin gərək.
Bir işıqlı bayram kimi!Göz gəzdirdim sola-sağa,
Baxdım, Tərtər qalxır dağaBizim köhlən əyyam kimi.
Məni aldı bu tamaşa,Boş qafanı çaldım daşa
Meysiz, ruhsuz bir cam kimi.XIX
Ey bu axan duru çaydan,Gözlərimin nuru çaydan
Bir dirilik uman ellər!Bu torpaqla, bu Tərtərlə,
Alnımızdan axan tərləDoğrulacaq zaman, ellər!
Zaman bizə bir qonaqdır,Alnı açıq, üzü ağdır,
Ey mehmana mehman ellər!Onu yaxşı yola salın,
Hər dərdini xəbər alın,Aman ellər, aman ellər!
Könlümuzdə, gözümüzdə,Qəlbimizdə, üzümüzdə
Görünməsin duman, ellər!XX
Səhər, axşam öz yerindənKeçsin, çocuq gözlərindən
Keçən lətif uyqu kimi.Filiz deyə, çiçək deyə
İş nəğməmiz hər zəmiyəHopsun sərin bir su kimi.
Hər şey ləzzət versin bizə.Dolsun geniş qəlbimizə
Bu dünyada arzu kimi.İşdən sonra, axşamçağı,
Əlimizdə mey bardağıMələşəlim quzu kimi.
Sinədə tar, əldə qaval,Bu dünyada bir kapital
Varmı insan oğlu kimi?XXI
Bir saz kimi dərələrdə,Çağıldayın pərdə-pərdə,
Ey ruhuma yaxın, sular!Yoxdur sizdən fərqim mənim,
Sükut deyil şərqim mənim,Dayanmayın, axın, sular!
Bir uyqusuz ürək kibiÇeşməmizin həyat dibi
Qurumasın, saqın, sular!Bizim yaşıl ruhumuzun
Mahnısını uzun-uzunÇağırınız, daşqın sular!
Söyləyiniz dastanını,Çınlatınız kamanını
Gözəlliyin, aşqın, sular!XXII
Dayanmayın, ellər, gəlin,Ey tükənməz sellər, gəlin,
Səslənəlim rübab kimi.Hər könül öz hesabına,
Əbədiyyət rübabınaToxunmalı mizrab kimi.
Ürəyimiz sərin olsun,İzlərimiz dərin olsun
Göy üzündə şəhab kimi.Al günəşin altında biz
Kaşanələr tikməliyiz,İşıqları mehtab kimi.
Dostlar, baxın bir yuxarı,Göydə ulduz salxımları,
Sıxın, için şərab kimi!XXIII
Bu nəğmələr Tərtərdəki,Torpaqdakı, bəşərdəki
Işıq-qüvvət nəğməsidir,Bu nəğmələr mədəniyyət,
Dünyadakı şirin ləzzət,Yüngül zəhmət nəğməsidir.
Bu nəğmələr dərin-dərin,Geniş-geniş ürəklərin
Səmimiyyət nəğməsidir.Bu nəğmələr məlahətə
Gözəlliyə, məhəbbətəOlan hörmət nəğməsidir.
Bu nəğmələr kainatın,Dadlı-duzlu bir həyatın
Əbədiyyət nəğməsidir!