Beşillik planıIki il yarımda yerinə yetirdik.
Deməli, bitirdik.Işlərin qalanı
Daha çox,Bir talçok
Gərəkdir verilən işləriAparsın iləri,
Aparsın iləri gələcək beşillik zəfəriHər şura nəfəri.
Cavab ver, Abşeron!Qəlbində neçə ton
Bu axanYeni qan
Çağlamış fışqıra-fışqıra,qışqıra-qışqıra?!
Yox, gərəkBir çərək
Qalmasın boş yerin!Yoldaşlar, göstərin
Torpağın altında,Torpağın ən məchul qatında
Gizlənən o xəsis qaynağı!Toxunsun ona bir mühəndis caynağı
Arasın zərbəçi mühəndisBizimçin yeraltı bir dəniz...
Arayır, aramış,Bir qarış
Yer belə qaçmamış gözündən,Dönməmiş sözündən.
Verdiyi ilqarı yetirmiş yerinə,Baxınız, qaç yeni buruğun seyrinə
Daldırmış bizləri...O, yüksək rəqəmə qaldırmış bizləri!..