Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Xitab

Şeirlər
Nə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.
Əkilən pambıqlar hələ azdır, az;Bununla iş bitməz, əsla kar aşmaz!
Pambıq əkinləri gərək çoxalsın,Qəlbimizdə gəzən həsrət yoxalsın.
Kimsəyə olmasın ehtiyacımız,Bitsin həsrətimiz, bitsin acımız!
Pambıq çoxaldıqca, fabrik canlanır,Kollektiv güclənir, birlik canlanır,
Pambığın çoxluğu çoxluğumuzdur,Pambıq “çörəyimiz”, neft “suyumuzdur”.
Hər pambıq tarlası düşmənə mədfən,Hər açılan qoza ona bir kəfən.