Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Ustamıza

Şeirlər
Burax şeir kürəsini qaplasın məlal,Gözümüzə görünməsin başqa bir xəyal,
Qarşımızda yalnız onun xəyalı dursun,Bizdən sovet sənətinin sirrini sorsun,
Sızıldasın qəlbimizin tarında hər sim.Durdu sənət dühasının ürəyi – Maksim!
Nə qalmışdı bu dünyada açılmamış, nə?Əsrlərin şairləri insan qəlbinə
Cumub nələr, nə incilər çıxarmadılar?!Gəzdi xəyal iqlimində min bir sənətkar,
Sandılar ki, bu dünyanın sözü qurtardı;Ancaq hələ açılmamış bir qitə vardı,
Bir qitə ki, şanlı adı əmək dünyası.Böyük usta! Əlindəki şeir fırçası
Bir zamanlar dumanların altında qalmış,Üzərini ölümlərin kabusu almış
Bu qitənin rənglərindən yapdı bir dəmət,Cilvələndi mənasında insan və zəhmət!