Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Ulduzlar

Şeirlər
Bəzən titrəşərək parlayırsınızGöylər bağçasında lalələr kimi,
Bəzən yaş tökərək ağlayırsınızLalələr üstündə jalələr kimi.
Baxarkən süzülən gözlərinizə,Deyirlər: nə qədər siz yovuqsunuz.
Həqiqətdə isə bir-birinizəSiz çox iraqsınız, çox sovuqsunuz.
Fəqət biz – o gözəl sevgilimlə mənUzaqdan-uzağa tanış deyilkən
Nə qədər yaxınıq, öyrənsəydiniz.Şirin söhbətlərdən uzaq da olsaq,
Uzun illər boyu ayrı da qalsaq,Eyni duyğularla vurur qəlbimiz!