Yenə bizim könlümüzdənbir səs gəlir,
Bu səs bizim qurduğumuzhəyat kimi yüksəlir.
Yüksəldikcə çəkir bizi özünə,çəkir bizi –
Fikrimizi, qəlbimiziQardaşlığın günəşli gündüzünə.
Bu səs bolşevik səsi.Bu səsə cavab verir
milyonların beynəlmiləl nəğməsi.Bu səs tarladan qopur,
Bu səs dəzgahdan gəlir,Bu səsin üzərində
həyatımız yüksəlir.Cana gəldik
On-on iki il bundan əvvəlbizə əngəl
Əsrlərin ehtiraslı əlindən;Kürün rəngi qızardı
Qacarın Tiflisdəkicanavar əməlindən
Hər axına keçid olduq,yaş süzməkdən yorulduq.
Əridi həyatımız,Ağımız, bayatımız.
Unutmadıq QarabağdaQacarın qarşısında
lalə kimi sallananqanlı-qanlı başları.
Unutmadıq Gürcüstandan İranaqamçılarla yollanan
təzələri – yaşları.Unutmadıq Şirvandakı talanı,
Yox sözümün yalanı.çapavul Osman paşa
Şirvanı tutdu daşa.Qılınclara dayandı xəncərlər,
Qapılar, pəncərələryerindən çıxarıldı.
Hətta şişə gəlinlərincingildəyən biləkləri qırıldı.
Unutmadıq yerli dərəbəylərinQışda isti, yayda sərin
ipək saraylarını.Çox eşitdik tarixin
məchul üfüqlərindənYoxsul, köylü qızların
Odalıqlardan gələngücsüz haraylarını.
Unutmadıq çöllülərinqarşısında diz çökən,
“Oğlum ölsün” – deyərək,yalandan min dil tökən,
Hər arşına üç çərəksürüşdürən taciri.
Unutmadıq ikibaşlı qartal çarı,Çəkdi bizi gah aşağı,
gah yuxarı.O da illər uzunu
Buludlu uzaqlardanBir qanlı şimşək kimi
sıyırdı xəncərini.Unutmadıq onların
miyançısı kəsilən,mərhəməti əksilən
Qafqazın bəylərini.Unutmadıq xalqı soyan,
Xalqı quru yerdə qoyanSeyidləri,
mollaları, axundları,dərvişləri,
məscidləri, pirləri.Bizi az oynatmadı, bu “cənnət müxbirləri”.
Unutmadıq müsavatı,menşeviki,
daşnaqı.Çalındı əməkçi kütlənin haqqı.
Hərəsi bir cahangirin nökəri:Biri alman,
digərləri ingilisin çakəri.Bunlar belə az qırmadı.
Bunlar da az anqırmadıbu diyarda,
buralardaBir gün qalxdı bizimkilər,
Keçmişləri yaxdı, yıxdı bizimkilər.Bizimkilər
yıxdı, qurdu,Qovdu burdan
bu üç qurdu.Bu gün bizim şənliyimiz...
Biz hər şeyə hakimiz.Hakimiz təbiətə,
Kür işlər, Zahes işlər.Mil düzündə, Bakıda
Ağ qızıl, qara qızılDeyərək, hər kəs işlər.
Həyat genişləməkdə;İnsanlar işləməkdə.
Çağlayanlar əlimizdə güc olur.Yarın savaş olursa,
fikrimiz çəkic olurƏzmək üçün kapitalın başını.
Biz atmışız, atacağıztək daxmanın,
tək öküzün, tək tarlanın,tək ocağın, tək odun,
tək fabrikin, tək zavodundaşını!
Əldə beşillik plan,Böyük işdir – yapılan.
Məqsəd dəmir, iş dəmir,Həyat – tərpəniş dəmir.
Qurduğumuz bu dünyanındönən çarxı dəmirdən.
Mədənləri,şaxtaları,
tarlaları,Gavur-arxı dəmirdən.
Bu diyardatürk, erməni, gürcü var.
Bu diyarınbir yıxılmaz proletar bürcü var.
Sarsıtamazbu bürcü
Kapitalın topları,onların hap-gopları!
Bu diyarda xərabəlik əsəri yox.Burda əski bayquşları
bir əxlaqsız nəzəriləçağıracaq
Başı əsən evlərinkölgələnmiş gözləri yox.
Burda həyatgünəşlərin qucağında xumarlanır.
Burda həyatayların
yumşaq, sərin yelpiyilətumarlanır.
Burda həyat zərbəli,Burda həyat yarışda;
Insanlar axtarışda.Günəş almış sanki bizi yedəyə...
Heç qoyarmı canımızasoyuq dəyə.
Bu gün bizim birliyimizqızıl kimi təmizdir.
Qızılımız – cingildəyən səsimizdir.Bizi fabrik, bizi zavod, bizi kolxoz
bir yığnağa toplamış.Fikrimizin axını
beş qitəyi qaplamış.Nə müsavat, nə menşevik xülyası.
ə də daşnaq röyasıbizim sakit yataqlarda
oyanmaz...Qanımızda əski çürük millətçilik qaynamaz!
Üfüqlərdə qanadlanırşura Zaqafqaziyası.
Bu diyarda gələcəyi salamlayırsosializm dünyası.