Ağ dənizdə fırtına var, fırtına!Ağ dənizi bir tufanlı böhran almış sırtına.
Coş dəniz, coşqun dəniz!Daş dəniz, daşqın dəniz!
Aşqın dəniz!Şaşqın dəniz!
İki cəbhəyə ayrılmış dalğaları dənizin,Sürünməkdə dizin-dizin
Burjuazi –bu cəbhənin birisi…
Digər cəbhə bizim cəbhə –mavi kömləklilərin.
Bu cəbhə sonsuz, dərinBir qüvvətə sarılmış.
Dağları dənizin iki qola ayrılmış.Dəniz əlan
Sinif duyğusilə çarpınanBir kommunist qəlbi –
kibi...Dəniz sudan qamçılarla
Göstərib hünərini –Döyəcləyir qıvrıla-qıvrıla
İtalyanın faşist sahillərini.Dənizdə həyəcan var,
Xələcan var,xələcan...
Hər fırtına mavi kömləkli bir can…Səndən dərindir bu fırtınanın mənası,
Ey Eyvazovskinin "Dənizdə fırtına"sı.Bu fırtına hələlik çalxanmayan Fransanın
Sallanır ətəklərindən.Bu fırtına coşunca öylə sanın
Ki, doğacaq qasırğa Rur küləklərindən.Almaniya,
Tarix bir pula dəyərmi ya,Sinif duyğusilə qəlblər vurmasa,
Fırtına durarmı, külək durmasa?!Deyil bir Ağ dənizdə,
Bilirsiniz bunu siz də,Atlas dənizində, Baltik dənizində,
Bu dənizlərin ən qaranlıq dəhlizindəFırtınalar vermiş baş-başa.
Ey PolşaYarın hərb olsa əgər
Fırtınamız coşacaq.Olacaq hər dalğası bir xəncər –
bir bıçaq!Ağ dənizdə fırtına var, fırtına!
Ağ dənizi bir tufanlı böhran almış sırtına.Coş dəniz, coşqun dəniz!
Daş dəniz, daşqın dəniz!Aşqın dəniz!
Şaşqın dəniz!..