Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Su və külək

Şeirlər
Zaman gələrTorpaq bizdən
Əsirgəyər petrolunu.Fəqət möhkəm bolşeviklər
Mübarizə sahəsindəYadırğamaz rolunu.
Yer üzündə sular var,Sularda dalğalar var,
Dalğalarda ruzgar var,Həpsi- bizim qüvvətimiz...
Biz suları, küləkləriFəth edəriz.
Külək- qüvvət,Su- qüvvət,
Nə genişdir təbiət.Bu il məchul iqlimlərə yelkən açan
Gedişlərin bayramı.Fil xortumlu maşınların,
Xortumları altındakıQart dişlərin bayramı.
Başımızın üzərindəHızla əsən
Qayalar var.Ayağımız altında ilan-ilan
Qıvrılançaylar var.
Həp bunlarla genişlərDünyamızın çərçivəsi,
Bu çayların hər dalğasıBir sarsılmaz at qüvvəsi.