İləri,Bakının zərbəçi ərləri!
İləri, yeni neft planıSarsıtsın cahanı!
İləri, yeni ruh, yeni can,Bu uzun həyəcan
Bakıyı qaplasın,Qəhrəman divləri bir yerə toplasın!
Ey işçi, sən necə saqlısan buruqda,::bu ruhda
Mən dəxi şeirimdə saqlıyım.Qoy məni tanıyan şeirimdən tanısın,
Ey şeirim, sən mənim işimin canısın.Gediriz.
::Gediriz.Getməyir, uçuruz.
::Uçuruz.Uçmayıb, bir şimşək olub da çaxırız,
::Axırız-axırız!Keçmişin üzünə sillələr vuraraq axırız.
Möhtəşəm yarını quraraq axırız.