Bu qədər baş vermə, səməndər, yaza,Düşərsən ayağa, başına qurban.
Yazığam, ömrümü vermə güdaza,Qəmzəli gözünə, qaşına qurban!
Bir qara buludam uca göylərdə,Bu qara baxtımla bizim ellərdə
Sən neçin ağlarsan mən duran yerdə,Nərgiz gözlərinin yaşına qurban?
Sinən billur kimi, altında daş var,Bilməzsən könlümdə nə iğtişaş var,
Nə qədər ki, mənim gözümdə yaş var,Olsun ürəyinin daşına qurban!