Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Qədim Bakı

Şeirlər
Qaçmayır irəli,qaçamaz!
Qırılmış şəhpəri,uçamaz!
Keçməyir günləri binamaz.Canamaz
üstündə kəsilmiş taqəti;Vird etmək adəti.
Getməyir qabağa,Yürüşü bir bağa
yürüşü...Həyatı, görüşü
pək əskibir Bakı.
Başının ağasıIngilis darğası.
Ey Murtuz, ey Nobel,Bir daha bağlamaz sənə bel
buralar!Biz bayram edərkən ürəyin aldımı yaralar?
O hansı zamandı,Hər tərəf dumandı
O gecə?..Başında bir sarı düşüncə,
Sarıydı əyninin paltarı,Gəzirdin bulvarı.
Kaspinin üzündə oynaşan dalğalar,qaynaşan dalğalar,
Əsdikcə giləvarOynardı bulvar.
Oynardı “ovlar”, oynardı “zadələr”,“Zadələr” önündə qırılmış badələr..