Dolaşma sıldırım sal qayalıqda,Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,Etmə aşiqindən həzər, maralım!
Diksinə-diksinə qıya baxanda,Səksənmə könlümü oda yaxanda,
Çeşmeyi-çeşmindən nurlar axanda.Qaynar bulaqlara bənzər, maralım!
Səyyarə tutmuşdur hüsnündən soraq,Bədnəzər gözündən olasan iraq!
Köksümdə gəl gizlən, getmə çox uzaq,Hicran dağlarını gəzər, maralım!