Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Gecə düşüncəsi

Şeirlər
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
::Bunları seyr edərkən::Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,::Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Gecə sakit... düşüncəm sakit deyildir fəqət,Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,::Mənə öylə gəldi ki,
::İlk dəfədir kainat-Dünyanı sellərində çalxayan bizim həyat
::Sağda, solda döyüşmüş,::Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,::Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,::Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
::Bunları seyr edərkən,::Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,::Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...