Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Könlümü

Şeirlər
Şimşək kimi buludları qovaraq,Verdim parlaq çiçəklərə könlümü.
Günəş kimi qaranlığı boğaraq,Verdim odlu diləklərə könlümü.
Cavan ömrüm bir mum kimi sönərkən,Yüksəklərdən alçaqlara enərkən,
Əməllərim bir səraba dönərkən,Çaxıb verdim şimşəklərə könlümü.
O zaman ki, sahib oldum qanata,Bir quş kimi nəzər saldım həyata,
Etdi məni gənclik şövqüm əhata,Verdim sərxoş küləklərə könlümü.