Söz Bulaq loqosu

Mikayıl Müşfiq

Kəndli və ilan

XX əsrin şeirləri
Qaranlıq örtülərinİçində dərin-dərin
Uyuyan yorğun gecəXoruzlar ötüşüncə,
Diksinərək oyandı,Yandı dan yeri, yandı.
Ulduzlar axdı keçdi,Həsrətlə baxdı keçdi.
Kirəmidləri bayquşQanadından qoyulmuş
Daxmalar üzə çıxdı,Yollar gündüzə çıxdı.
Ağaclar sərin-sərinƏsən xəfif yellərin
Titrədi nəfəsiylə.Quşların nəğməsiylə
Ətirlədi hər yeriSabahın çiçəkləri.
Kənddə ucaldı səslər;Qalxdı, alçaldı səslər.
Həyat bir qanad çaldı,Kəndi səs-səmir aldı.
Qalxdı çoban ayağa,Sürünü yaydı dağa;
Çaldı bir incə bəstə.Kəndlilər dəstə-dəstə
Kənddən uzaqlaşdılar;Əkinə yaxlaşdılar.
Fəqət əkin, nə əkin...Hamının ruhunda kin...
Oraq keçməyir işə,Hamı düşmüş təşvişə:
“Bu il aclıq olacaq,Gül yanaqlar solacaq”.
Deyə söhbət edirlər,Tez-tez fikrə gedirlər.
Sünbüllər qarış-qarış...Hər nəzərdə yalvarış...
“Allaha pənah” deyəBaxırlar sağır göyə.
Ordan bir səs gəlməyir;Ruhları yüksəlməyir.
Hamı kədərli, həzin...Sürünüb dizin-dizin
Yolurlar sünbülləri;Qabarlanmış əlləri.
Getdikcə göydən günəş,Yağdırır yerə atəş.
Hamı qan-tər içində,Dərin dərdlər içində.
Boyda-buxunda uca,Çolpan adlı bir qoca
Buraxdı tarlasını;Gələcəyin yasını
Qəlbində duya-duya,Başında qara xulya,
Bir az dincəlsin deyəEndi sərin dərəyə.
Əvət, gözəldir dərə,Gözəldir bu mənzərə.
Gözəldir çağlayaraqQıvrılıb axan irmaq.
Gözəldir bu çiçəklər,Bəzəkli kəpənəklər
Gözəldir bu ötən quş-Bir çiçəyə vurulmuş.
Gözəldir yerdə otlar,Göy üzündə bulutlar.
Gözəldir dağ, daş, orman,Gözəldir, əvət, hər yan.
Fəqət Çolpan qəmlidir,Baxışı şəbnəmlidir.
Bu gözəlliklər onu,Onun sınıq ruhunu
Aça bilməyir fəqət.Onun bu il təbiət
Kəndli qəlbini sıxmış;Əməyi boşa çıxmış.
Çolpan bir az dincəldi,Yenə tarlaya gəldi.
Sürünüb dizin-dizin,Çalışdı həzin-həzin.
Nə gördü birdən, aman!...Qarşısında bir ilan...
Bir az geri çəkildi.Baxışları dikildi
Heyran-heyran ilana,Adam vuran ilana.
İlan onu görüncə,Qıvrıldı incə-incə.
Çolpan vurmaq istədi,Ürəyində “yox!” dedi.
Vaz keçdi acığından,Sonra dağarcığından
Aldı bir parça çörək,Əsərək, titrəyərək,
Atdı ilana sarı.Ilan da ona sarı
Atdı böyük bir qızıl,Çolpanın parıl-parıl
Yandı solğun gözləri;Yaşla dolğun gözləri
Oynadı sevincindən.Taxılların içindən
Parlayıb xışıl-xışıl,Qayıtdı getdi ilan,
Gör, nələr etdi ilan...Artıq günəş üfüqdə,
Sarı, solğun boşluqdaGülürdü lalə kimi,
Qızıl piyalə kimi.Buludlar dəlik-dəlik,
Qurubda bir pənbəlik...Üfüq çox düşüncəli,
Xilqətin gizli əli,Yerə yayır kölgələr;
Dumanlanır ölkələr...Sakitdir şəffaf sular,
Gümüş kimi saf sular.Tutularaq kədərə,
Dalğınlaşır dağ, dərə.Bu axşm Çolpan ancaq
Üfüqlərə dalaraq,Gözü, könlü sevincək,
Evə dönür gülərək.Sabah adəti üzrə
Şəfəq altun tüllərəBürünüb gülən zaman
Ayağa qalxdı Çolpan.Yenə getdi biçinə;
Əkinlərin içinəGirərək həzin-həzin,
Sürünüb dizin-dizin,Yolurdu sünbülləri.
Qabarlanmış əlləri...Günış qızınca yenə
Çolpanın gözlərinəHaman ilan göründü.
Yavaş-yavaş süründüİlan Çolpana sarı.
Çolpan da ona sarıQorxa-qorxa əsərək,
Atdı bir parça çörək,İlan qıvrıldı birdən,
Çolpana atdı həmən,Bir parça sarı qızıl.
Çolpanın parıl-parılYandı gözləri, yandı.
Xəyalı işıqlandı.Parlayıb işıl-işıl,
Sürünüb xışıl-xışıl,Qayıtdı getdi ilan,
Gör nələr etdi ilan...Ha belə bir neçə gün
Sirrini düşündüyünİlan ilə Çolpanın,
Çolpan ilə ilanınSevdası davam etdi,
Bunu hər kəs eşitdi.Bir gün Çolpanı artıq
İşdən qoydu xastalıq.Xəstəliyi ağırdı;
Öz oğlunu çağırdı.Dedi:- “Mehriban oğlum,
Sözümə baxan oğlum!Sabah sən get əkinə.
O ilan gəlsə yenə,Saqın, toxunma, çünki
Evimizə bu günkiŞənliyi verən odur,
Bizi güldürən odur.Gəlsə, çörək verərsən,
Gülər üz göstərərsən”.Sabahı, bilsəydiniz,
Onun oğlu EldənizNecə gəldi biçinə,
Say yoxdu sevincinə.Sonra çıxdı dağlara,
Baxdı şən irmaqlara.Ətrafı seyrə daldı,
Bir müddət orda qaldı.Yerlər, göylər açıqdı;
İlan yuvadan çıqdı;O, qızmış, qıvrılırdı,
Yazıq oğlanı vurdu.Gün keçdi, axşam oldu,
Hər şeyin rəngi soldu;Hər tərəf kölgələndi,
Qaranlıq endi, endi.Eldəniz harda qaldı?
Hankı diyarda qaldı?Xəstə atası Çolpan
Ürəyində həyəcanBaxdı uzun yollara,
Qərib, məhzun yollara.Qaranlıq endi, endi,
Atası şübhələndi...Ay doğdu çiçək-çiçək,
Ulduzlar titrəşərək,Gecəyə can verdilər,
Bir həyəcan verdilər...Qoca Çolpan bir neçə
Kəndliylə getdi tezcəƏkinlərinə sarı.
Göyün işılqanlarıƏtrafı partladırdı,
Onun qəlbi atırdı.Eldənizddən xəbər yox,
Izindən bir əsər yox...Bu gücə qoca Çolpan
Ruhunda cahan-cahanAyrılıq sitəmləri,
Bir cür açdı səhəri.Erkəndən həzin-həzin
Dərdilə EldənizinSinəsi qalxdı, endi,
Gəzdi bir neçə kəndi.Eldənizdən xəbər yox,
Izindən bir əsər yox...Dağ başında bir çoban:
“yazıq, zavallı ÇolpanGörsə, ürəyi çatlar”,
Deyərək, çəkdi bir car.Kəndlilər dəstə-dəstə
Dırmandı qaya üstə.Gəldi təlaşlı Çolpan,
Gözləri yaşlı Çolpan.Başladı fəryadına,
Sarıldı övladına.İşini bilən ilan
Çıxmadı yuvasından.Çolpanın qəlbi yandı,
Bir ocaq kibi yandı,Dedi:- “İlan ilandır,
İnsanlığa düşmandır.Ağı bir, qarası bir...
Hamsının yarası bir...”Sonra sabah erkən
Bu dəhşətdən göynəyənKəndlilər dəstə-dəstə
Çıxdılar qaya üstə.Ürəklərində təlaş,
Əllərində yaraq, daş...Qıvrılaraq bu ilan
Çıxarkən yuvasından,Tez üstünü aldılar,
Başına daş saldılar.Doğradılar, əzdilər,
Tək görə bilməzdilərƏlbəttə ki, bu işi.
Bağırdı Çolpan kişi:- “Qayanı yıxmalıyız,
Ağ günə çıxmalıyız”.Çarpışıb haftalarca
Qayanı parça-parçaDoğradılar, tökdülər,
Yerli-dibli sökdülər;Üzə çıxdı xəzinə.
Kəndlilərin gözünə,Yeni bir işıq gəldi;
Şadlıq səsi yüksəldi;Sevindilər, güldülər,
Xəzinəni böldülər.Çox zaman Eldənizin
Dərdilə həzin-həzinYanıb inildədilər,
Nifrət olsun,- dedilər,-Zəhərli ilanlara,
Xalqı aldadanlara!Coşdular, titrədilər,
Nifrət olsun, - dedilər,-Yoxsulları aldatan,
Ömrünə xələl qatan,Şahlara, sultanlara,

Dövlətli ilanlara!